Qərbi Azərbaycan İcması Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura son səfərinə Ermənistanın kəskin reaksiya verməsini pisləyib.
“İki sahil” xəbər verir ki, icmanın bəyanatında bildirilib ki, bu yanaşma Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirilir. Qeyd olunub ki, Azərbaycan və Ermənistanın sülhə doğru yaxınlaşdığı bir vaxtda bu cür addımlar sülh prosesinə zərbə vurur, qarşılıqlı etimadı zəiflədir və revanşist qüvvələri təşviq edir.
Bəyanatda Ermənistanın mövqeyi Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi və irredentizmin yenidən alovlandırılmasına yönəlmiş addım kimi dəyərləndirilib. İcma vurğulayıb ki, Ermənistan cəmiyyəti Azərbaycanın suveren əraziləri və tarixi ilə bağlı əsassız iddialar irəli sürmək əvəzinə, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı mədəni-tarixi irsin inkarı, təhrif olunması və dağıdılması məsələlərinə diqqət yetirməlidir. Bunun iki ölkə və xalq arasında davamlı sülhün bərqərar olmasına xidmət edəcəyi qeyd olunub.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar