İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən elan edilmiş “Sülh aylığı” çərçivəsində məlumatlandırma tədbiri keçirilib.
“İki sahil” xəbər verir ki, tədbiri giriş nitqi ilə açan İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn ombudsmanın müraciətini diqqətə çatdırıb, “Sülh aylığı”nın məqsədləri və əhəmiyyəti barədə məlumat verib. Bildirilib ki, 21 avqust – 21 sentyabr tarixlərini əhatə edən “Sülh aylığı” sülh dəyərlərinin təşviqinə, cəmiyyətdə dialoq, qarşılıqlı hörmət və anlaşma mühitinin gücləndirilməsinə diqqətin artırılmasına xidmət edir.
Sonra çıxış edən iqtisad elmləri doktoru Aqil Əsədov davamlı inkişaf və iqtisadi tərəqqi üçün sülh amilinin mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, sabit və təhlükəsiz mühit ölkələrin iqtisadi potensialından daha səmərəli istifadə etməsinə, investisiya və əməkdaşlıq imkanlarının genişlənməsinə, yeni iqtisadi layihələrin reallaşdırılmasına şərait yaradır. Aqil Əsədov Azərbaycanın regionda uzunmüddətli sülhün və əməkdaşlığın təşviqi istiqamətində həyata keçirdiyi təşəbbüslərdən də danışıb. Qeyd olunub ki, regionda sülhün möhkəmlənməsi nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi baxımından yeni imkanlar formalaşdırır.
Tədbirdə sülh və iqtisadi inkişaf arasında qarşılıqlı əlaqə, sosial rifahın yüksəldilməsi, insan kapitalının inkişafı və inklüziv iqtisadi artımın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Polşa, Çexiya və Macarıstan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub
AZCON Holding-in icraçı direktoru Şahin Babayev BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibinin müavini ilə görüş keçirib
AZCON Holding Dünya İqtisadi Forumu ilə rəqəmsal transformasiya və süni intellekt sahələrində əməkdaşlığı genişləndirir