Gəldiyim nəticələr Azərbaycanda bazar iqtisadiyyatına əsaslanan yeni cəmiyyət quruculuğunda Auditorlar Palatasının nəyə qadir olduğunu, hansı imkanlara malik olduğunu, necə xidmət etdiyini aydın şəkildə təsəvvür etməyə şərait yaradır. Auditorlar Palatası, bütövlükdə bazar iqtisadiyyatına əsaslanan yeni cəmiyyət quruculuğunun tənzimlənməsi prosesinə özünün fəaliyyəti ilə mühüm töhfələr verib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş tədbir və “Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.
O bildirib ki, Auditorlar Palatası iqtisadçıların müdrik dəstəkçisi, auditorların isə etibarlı bələdçisi kimi Azərbaycan cəmiyyətinə xidmət etməkdə öz məsuliyyətli yolunu şərəflə davam etdirməkdədir: “Auditorlar Palatasının əhatə etdiyi sferada elm yönümlü auditlər, auditorluğun əmsalı artıb. Audit tədqiqatlarının iqtisad elminin istiqamətlərindən birinə çevrilməsi professor Vahid Novruzovun həm Auditorlar Palatası qarşısında, həm də elm qarşısındakı xidmətinin əməli ifadəsi kimi çox mühüm bir əhəmiyyətə malikdir. Bütün bunlara görə Azərbaycan Auditorlar Palatası Azərbaycanda müstəqil dövlətçiliyin, özəl sektorla dövlət sektorunun harmoniyasının formalaşmasına, bazar iqtisadiyyatından cəmiyyətin inkişafına bu 30 ildə şərəflə xidmət etdiyini aydın şəkildə nümayiş etdirir. Hesab edirəm ki, bu gün Auditorlar Palatasının 30 illik yubileyinin keçilməsi ilə əlaqədar təşkil olunan bu yubiley tədbiri və konfrans palatanın müstəqil Azərbaycan dövləti qarşısında şərəfli hesabatıdır”.
Romada FAST Tərəfdaşlığının görüşləri: iqlim maliyyəsi və fermerlərin dəstəklənməsi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti ICPEN-in Tbilisidə keçirilən tədbirlərində iştirak edib
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün texniki tənzimləmə sisteminə dair seminar keçirilib
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin sayı 60 mini keçib
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi