16 sentyabr 2026 19:16
95

Azərbaycan və IsDB Tərəfdaşlıq Strategiyasının hazırlanmasını müzakirə edib

Azərbaycan və İslam İnkişaf Bankı (IsDB) arasında 2027-2031-ci illər üzrə Tərəfdaşlıq Strategiyasının hazırlanması müzakirə edilib.

"İki sahil" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, qurumun baş direktoru Tərlan Rəsulov IsDB Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə Azərbaycanın makroiqtisadi vəziyyəti, maliyyə sektorunda həyata keçirilən islahatlar, maliyyə inklüzivliyinin genişləndirilməsi istiqamətində görülən işlər müzakirə olunub. Tərəflər həmçinin Azərbaycanda islam maliyyəsinin inkişafı ilə bağlı həyata keçirilən təşəbbüsləri və bu sahədə mövcud imkanları nəzərdən keçiriblər.

Görüş zamanı Tərəfdaşlıq Strategiyasının hazırlanması çərçivəsində AMB ilə gələcək əməkdaşlıq perspektivləri və birgə təşəbbüslərin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.