Sentyabrın 15-də Bakı metropolitenindən 605 081 sərnişin istifadə edib. Müqayisə üçün qeyd edək ki, ötən ayın ən yüksək göstəricisi 548 751 sərnişin olub.
Beləliklə, dərs ilinin ilk günü qeydə alınan göstərici avqust ayının pik günü ilə müqayisədə 9,3% çoxdur.
Xətlərin ayrılması layihəsinin həyata keçirildiyi bu günlərdə metrodan istifadənin artması bu nəqliyyatın şəhər sakinləri üçün nə qədər vacib olduğunu bir daha göstərir. Tikinti işləri tamamlandıqdan və xətlər tam ayrıldıqdan sonra intervallar azalacaq, səyahətlər daha rahat və sürətli olacaq.
FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər
BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur