16 sentyabr 2026 20:59
94

Gələn il icmal büdcə 50 milyard manatdan çox olacaq

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 47 milyard 608,8 milyon manat, xərclərinin isə 50 milyard 386,7 milyon manat olacağı gözlənilir.

“İki sahil” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bunlar, 2026-cı ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5,9 % və 3,2 % çoxdur.

Son nəticədə icmal büdcədə 2 milyard 777,9 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 3,2 % azdır.