“Ulduz”un qarşısındakı yolda aparılan asfaltlanma işlərinin birinci mərhələsi yekunlaşıb

16 sentyabr 2026 00:04
95

“Ulduz” metro stansiyası qarşısından keçən yol sahəsində aparılan asfaltlanma işlərinin birinci mərhələsi yekunlaşıb.

“İki sahil” xəbər verir ki, Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, işlər Akademik Həsən Əliyev küçəsindən “Koroğlu” metro stansiyası istiqamətində inşa olunan yeni avtomobil yolu layihəsi çərçivəsində mərhələli şəkildə davam etdirilir.