Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1 696 əkiz, 60 üçəm doğulub.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, 48 954 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum sayı 9,2-dən 8,2-yə enib. Doğulan körpələrin 53,4 % oğlanlar, 46,6 % isə qızlar təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında ölkədə 35 829 ölüm halı qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,9-dan 6-a qədər artıb.
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Bakıda “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilir
Bakıda "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" müzakirə olunur