DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin üzvləri 18 Sentyabr – Milli Musiqi Günü ilə əlaqədar Bakı Dəmiryol Vağzalında fləşmob keçiriblər.
“İki sahil” xəbər verir ki, görmə məhdudiyyətli gənclər dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettasından musiqi parçası təqdim ediblər.
İfaçılar – Prezident mükafatçısı Səməd Novruzov və Xaliq Şərifovu kamançada Prezident mükafatçısı Fatimə İsrafilova, tarda Fərid Abdullayev, nağarada Xətai Azayev müşayiət edib.
İnklüzivliyi və milli musiqimizin zənginliyini tərənnüm edən bu təşəbbüs sərnişinlərin marağına səbəb olub.
Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır
Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
BDU-da Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Akademiyası yaradılıb