19 sentyabr 2026 19:27
94

Kuper: Son bir neçə ay ərzində Hörmüz boğazından 1 milyard barel neft daşınıb

ABŞ hərbçiləri son bir neçə ay ərzində tankerlərə Hörmüz boğazından təxminən 1 milyard barel neftin çıxarılmasına kömək edib. “İki sahil” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri, admiral Bred Kuper bildirib. “Son bir neçə ay ərzində Hörmüz boğazından 1 milyard barel neft daşınıb. Biz buna boğazdan keçən 2 mindən çox kommersiya gəmisinə dəstək göstərməklə nail olmuşuq”, - deyə o, Mərkəzi Komandanlığın X sosial şəbəkəsində yayımladığı videomüraciətdə bildirib. Kuper əlavə edib ki, ABŞ “regiondakı tərəfdaşlarla onların hava hücumundan müdafiəsini gücləndirmək və yeni koalisiya zərbə PUA-ları qrupu yaratmaq istiqamətində çalışır”.

Avqustun ortalarında Mərkəzi Komandanlıq tarixində ilk dəfə çoxmillətli zərbə PUA-ları qruplaşması - Task Force Falcon Strike-ın yaradıldığını elan edib. Yeni bölmənin havada, su üzərində və sualtında fəaliyyət göstərən birdəfəlik istifadə üçün nəzərdə tutulmuş zərbə pilotsuz sistemlərindən istifadə edəcəyi bildirilir. Onun tərkibinə ABŞ hərbçiləri ilə yanaşı, ABŞ-ın Yaxın Şərqdəki tərəfdaş ölkələrinin nümayəndələri də daxil olacaq.