Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü və UNESCO-nun "Sülh artisti" Firəngiz Əlizadəyə həsr edilən sənədli televiziya filmi nümayiş olunub.
“İki sahil” xəbər verir ki, Bəstəkarlar İttifaqından bildirilib ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli, nazir müavini Murad Hüseynov, beynəlxalq və yerli mədəniyyət nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Üzeyir Hacıbəylı adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Abdılas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrının baş direktoru (Qırğızıstan) Muratbek Beqaliyev, Özbəkistan Bəstəkarlar İttifaqının sədri (Özbəkistan) Rustam Abdullayev çıxış ediblər. Çıxışçılar Üzeyir Hacıbəylinin Azərbaycan və türk dünyası musiqi irsindəki əvəzsiz rolundan söhbət açaraq, Firəngiz Əlizadənin müasir Azərbaycan musiqi sənətini dünya miqyasında layiqincə təmsil etməsini yüksək qiymətləndiriblər.
Daha sonra "Bəstəkar Firəngiz Əlizadə" adlı sənədli televiziya filmi nümayiş olunub.
Film bəstəkarın zəngin yaradıcılıq yoluna, dünya musiqi xəzinəsinə bəxş etdiyi dəyərli əsərlərə və ictimai-mədəni fəaliyyətinə işıq tutur. Filmin ərsəyə gəlməsində Bəstəkar Firəngiz Əlizadənin şəxsi arxivindən, eləcə də "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) arxiv materiallarından geniş istifadə olunub.
İçərişəhərdə “Milli Geyimlər Günü” çərçivəsində geniş mədəni proqram təşkil olunub
Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb