20 sentyabr 2026 23:11
80

Dövlət Dumasına seçkilər başa çatıb

Rusiyada Dövlət Dumasına seçkilər başa çatıb.

“İki sahil” xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının saat 21:05-ə olan məlumatına görə, hakim "Vahid Rusiya" partiyası bülletenlərin 13,88%-i sayıldıqdan sonra federal siyahıda səslərin 57,54%-ni toplayıb. Mərkəzi Seçki Komissiyası parlamentdə təmsil olunan beş partiyanın yenə dumaya daxil olduğunu açıqlayıb. Hazırda "Vahid Rusiya" birinci yeri tutur. Rusiya Federasiyası Kommunist Partiyası (KPRF) ikinci (13,67%), Liberal Demokrat Partiyası (LDPR) üçüncü (9,27%) və "Yeni İnsanlar"dördüncü (7,96%) olub. İlkin məlumatlar həmçinin “Ədalətli Rusiya”nın (5,16%) 5% baryeri keçdiyini və parlamentdə yer alacağını göstərib.

Qeyd edək ki, dumaya üç günlük seçkilərdə cəmi on partiya iştirak edib (11-ci olan" Yabloko" Ali Məhkəmənin qərarı ilə seçkilərdən kənarlaşdırılıb).

Səslərin sayılmasının 21 sentyabr səhərinə qədər başa çatacağı və seçki nəticələrinin 25 sentyabrdan tez olmayaraq açıqlanacağı gözlənilir.