Sentyabrın 23-24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Biləsuvar rayonunda “Dinin siyasiləşdirilməsi: çağırışlar, risklər və din xadimlərinin məsuliyyəti” mövzusunda regional konfrans keçiriləcək.
Tədbirdə Dövlət Komitəsinin, Biləsuvar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatı, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrlərinin iştirakı nəzərdə tutulur.
Konfransın məqsədi dinin siyasiləşdirilməsinin ictimai-mənəvi nəticələrinin müzakirə edilməsi, dini dəyərlərdən siyasi məqsədlərlə istifadə hallarının doğurduğu risklərə diqqət yetirilməsi, ideoloji təhdidlərə qarşı preventiv yanaşmaların nəzərdən keçirilməsi və din xadimlərinin bu istiqamətdə məsuliyyətinə dair fikir mübadiləsinin aparılmasıdır.
Tədbir çərçivəsində “Dinin siyasiləşdirilməsinin ictimai və mənəvi fəsadları” və “İdeoloji təhdidlərə qarşı mübarizədə din xadimlərinin rolu” mövzularında panel müzakirələrin təşkili, həmçinin din xadimləri üçün təlimin keçirilməsi planlaşdırılır.
“Şamaxinka”da dayanacaq məntəqəsi 3 hissəyə ayrılır, bəzi marşrutlar həmin ərazidən çıxarılır
AYNA: 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar "Şamaxinka"da dayanmayacaq
Cəlal Qasımov: “AZEMBA” proqramı Madriddən Bakıya bilik və beynəlxalq təcrübə gətirəcək