22 sentyabr 2026 08:22
63

Fransa və ABŞ Hörmüz boğazı üzrə səyləri əlaqələndirmək barədə razılığa gəlib

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampla görüşündə enerji bazarlarında gərginliyin azaldılması və Hörmüz boğazında naviqasiya azadlığının təmin edilməsi üzrə səyləri əlaqələndirmək barədə razılığa gəlindiyini bildirib.

“İki sahil” xəbər verir ki, Makron "X" sosial şəbəkəsində tərəflərin enerji bazarlarında gərginliyin azaldılması, Yaxın Şərqdə kritik əhəmiyyətli infrastrukturun qorunması və Hörmüz boğazında naviqasiya azadlığının təmin edilməsi istiqamətində birgə işləmək qərarına gəldiklərini yazıb. Fransa liderinin sözlərinə görə, tərəflər həmçinin Ukraynanın enerji infrastrukturu obyektlərinə zərbələrin endirilməsinə moratorium qoyulmasına nail olmaq niyyətindədirlər.

BMT Baş Assambleyasının 81-ci sessiyasının əsas ümumi siyasi debatları sentyabrın 22-də Nyu-Yorkda başlayıb