Lokal antiterror əməliyyatlarının üçüncü ildönümü münasibətilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tərəfindən şəhid məzarları ziyarət olunub. İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyevin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyevin, müdir müavini Rəhim Rəhimovun, ərazi nümayəndəliklərinin və bələdiyyə rəhbərlərinin, şəhid ailələrin, ziyalıların , ağsaqqalların , məktəblilər və kənd sakinlərinin iştirak etdikləri ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canlarını fəda edən qəhrəman Vətən oğullarının əziz xatirəsi dərin ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri qoyulub.
2023-cü ilin sentyabr ayında keçirilmiş Lokal antiterror əməliyyatlarının Azərbaycanın dövlət suverenliyinin və ərazi bütövlüyünün tam bərpasında mühüm tarixi əhəmiyyət daşıdığını deyən natiqlər, həmçinin bildiriblər ki, həmin əməliyyatlar nəticəsində Azərbaycan Respublikasının Konstitusiya quruluşu bütün ərazidə bərpa olunub. Çıxışlarda şəhidlərin keçdiyi şərəfli döyüş yolunun və göstərdikləri qəhrəmanlığın gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb, şəhid ailələrinin və müharibə iştirakçılarının daim diqqətdə saxlanılmasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu qeyd edilib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır
Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb