ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksəksəviyyəli ümumi müzakirələrində çıxışı zamanı Azərbaycan–Ermənistan sülh prosesinə toxunub.
“İki sahil” xəbər verir ki, Tramp həllinə nail olduğunu bildirdiyi münaqişələr sırasında Azərbaycan ilə Ermənistan arasındakı uzunmüddətli münaqişəni də qeyd edib. O, Azərbaycan Prezidenti İlham Əliyevdən sitat gətirib.
“Azərbaycan Prezidenti bildirdi ki, Prezident Tramp altı ay ərzində möcüzə yaradıb. Bu, heç kimin mümkün hesab etmədiyi əsl möcüzə idi”, – deyə ABŞ Prezidenti bildirib.
ABŞ Prezidenti əlavə edib ki, həllinə töhfə verdiyi münaqişələrdə iştirak edən ölkələrin demək olar hamısı ona təşəkkür məktubu göndərib.
XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır
YAP İdarə Heyətinin üzvü Rauf Əliyevə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub - FOTO
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - VİDEO/FOTO/YENİLƏNİB