Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosaninin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.
“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb. Nümayəndə heyəti səfər çərçivəsində Milli Məclisinin sədri, komitə sədrləri və Azərbaycan hökumətinin üzvləri ilə görüşəcək. Müzakirələr Gürcüstan və Azərbaycan arasında ikitərəfli parlament əlaqələrinin dərinləşdirilməsi, iki ölkə arasında dostluq və strateji tərəfdaşlığın möhkəmləndirilməsi, həmçinin regional əməkdaşlığın və iqtisadi əlaqələrin inkişaf etdirilməsi məsələlərinə həsr olunacaq.
Xüsusi diqqət ticari-iqtisadi və investisiya sahəsində əməkdaşlığın gücləndirilməsinə yetiriləcək. Bununla bağlı Gürcüstan parlamentariləri Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcəklər.
Azərbaycan və İraq arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib
Ceyhun Bayramov “Sülh yolu ilə rifah: Transxəzər ticarət marşrutu və TRIPP-ə investisiya qoyuluşu” adlı tədbirdə çıxış edib
Ceyhun Bayramov konqresmenlə Azərbaycan-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıb