Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Otman Bozdağ palçıq vulkanında sentyabrın 26-da saat 07:32 radələrində püskürmə hadisəsi qeydə alınıb. Püskürmə güclü alovlanma ilə müşayiət olunub.
“İki sahil” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, bunu Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev deyib. Onun sözlərinə görə, hazırda ərazidə vulkanın aktivliyi və püskürmə nəticəsində yaranmış geoloji dəyişikliklərlə bağlı ilkin müşahidə və qiymətləndirmə işləri aparılır.
Deputat Ağalar Vəliyev şəhid ailələri ilə görüşdü, ehsan mərasimi təşkil olundu