26 sentyabr 2026 15:47
120

SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək  

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Fransanın "TotalEnergies" şirkəti karbon emissiyalarının azaldılması və enerji keçidi istiqamətində birgə fəaliyyəti müzakiə edib.

“İki sahil” xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövşən Nəcəf "X" hesabındakı paylaşımında bildirib.

O qeyd edib ki, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günündə "TotalEnergies" şirkətinin Kəşfiyyat və hasilat üzrə prezidenti Nikola Terraz, baş vitse-prezidenti Martina Opitsi və ölkə üzrə direktoru Emmanuel de Giybon ilə görüşüb.

Şirkət rəhbərinin sözlərinə görə, uzunmüddətli tərəfdaşlığın əsas istiqamətlərindən biri olan "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarının əhəmiyyətini qeyd edilib: "Eyni zamanda, gələcək təşəbbüslər barədə fikir mübadiləsi apardıq".

R. Nəcəf bildirib ki, SOCAR və "TotalEnergies"in birgə layihələri Azərbaycanın enerji potensialının reallaşdırılmasına, regional və qlobal enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir.