Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilir.
“İki sahil” xəbər verir ki, Bakıda, VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) çərçivəsində baş tutan tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan təmsil olunur.
İclasda müdafiə sənayesi sahəsində tərəfdaşlığın önəmindən danışılacaq, hərbi-texniki sahədə əməkdaşlıq istiqamətləri müzakirə ediləcək.
Qeyd edək ki, TDT-yə üzv olan ölkələrin müdafiə sənayesi qurumlarının rəhbərlərinin birinci iclası ötən il İstanbul şəhərində "IDEF 2025" Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilib.
AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib
Kənd Təsərrüfatı Nazirliyinin bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib