Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir.
“İki sahil” xəbər verir ki, DİN-dən verilən məlumata görə, paytaxt ərazisində, eləcə də Gəncə şəhərində keçirilən tədbirlərlə E.Məmmədov, R.Qurbanov, N.Zeynalova, İ.Mayılov, K.Rüstəmov, U.Əliyev, S.Süleymanov, həmçinin İran vətəndaşı S.Esmaeilnaseb saxlanılıblar. Onlardan ümumilikdə 68 kiloqram narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həb aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli hotelin fəaliyyətini dayandırıb - VİDEO
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib
Akif Quliyev: Azad edilmiş ərazilərdə aparılan tədqiqatlar zamanı bu günədək 1000-ə yaxın insanın sümüyü aşkarlanıb:
474 itkin şəxsə aid sümük qalıqları üzərində müxtəlif həyati xəsarətlər aşkarlanıb