8 kəndlə nəqliyyat əlaqəsi kəsilib
Son vaxtlar Quba-İspik-Xınalıq avtomobil yolunda torpaq süşürməsi intensiv hal alıb. Yolda yenidən torpaq sürüşməsi baş verib. Nəticədə 8 kəndlə nəqliyyat əlaqəsi kəsilib.
"İki sahil"in Şimal bürosu bildirir ki, yağan leysan yağışlar nəticəsində ötən həftə ərazidə avtomobillərin hərəkəti bərpa edilsə də Quba-Xınalıq yolunun Qrız Dəhnə kəndindən keçən hissəsində yenidən təkrarlanan hadisə nəticəsində kəndlərlə nəqliyyat əlaqəsi kəsilib. Sürücülər yolda qalıblar. Yerli sakinlərlə yanaşı turistlər gözləmək və geri qayıtmaq məcburiyyətində qalıblar.
Hadisə yerinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yolun hərəkət hissəsinə düşmüş torpaq və qaya kütlələrinin ərazidən təmizlənməsi istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, Quba-İspik-Xınalıq avtomobil yolu dağlıq relyefdən keçdiyindən intensiv yağışlar zamanı mütamadi olaraq sürüşmələr baş verir, alternativ yol olan Quba-Susay-Xınalıq avtomobil yolunda yağan qar səbəbindən hərəkətdə çətinliklər yaşanır.
Aydın Adıgözəlov,
Quba, "İki sahil"in Şimal bürosu
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib
Akif Quliyev: Azad edilmiş ərazilərdə aparılan tədqiqatlar zamanı bu günədək 1000-ə yaxın insanın sümüyü aşkarlanıb:
474 itkin şəxsə aid sümük qalıqları üzərində müxtəlif həyati xəsarətlər aşkarlanıb