Türkiyənin Şanlıurfa şəhərində Azərbaycan bulvarı istifadəyə verilib.
“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfa Şəhər Xəstəxanasının açılış mərasimində deyib. "Bu gün şəhər xəstəxanasına və birləşdirici yollara əlavə olaraq, 2,5 kilometr uzunluğundakı Azərbaycan Bulvarı müxtəlif səviyyəli yol qovşağını da açırıq", - o bildirib. Ərdoğanın sözlərinə görə, bu, nəqliyyatın sıxlığını azaltmağa kömək edəcək: "Qovşağın inşasında əməyi olan nazirliyimizi və podratçı firmalarımızı təbrik edirəm".
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli hotelin fəaliyyətini dayandırıb - VİDEO
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib