ABŞ-ın İrana qarşı hərbi əməliyyatı “çox tezliklə” başa çatacaq.
“İki sahil” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. Tramp İranla hərbi münaqişənin başa çatmasının dünya bazarında yanacağın qiymətlərinin kəskin azalmasına səbəb olacağını yenidən iddia edib. “Müharibəni başa çatdıran kimi neftin qiyməti daş kimi düşəcək. Bu isə çox tezliklə olacaq. Bu, çox tezliklə baş verəcək. Biz bu məsələni bu və ya digər şəkildə həll edəcəyik”, – ABŞ Prezidenti deyib.
Trampın fikrincə, neftin qiyməti hətta müharibə başlamazdan əvvəl müşahidə olunan səviyyədən də aşağı düşə bilər.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir