09 oktyabr 2026 22:07
131

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 7 mindən artıq sakinin yaşadığı 9 yaşayış məntəqəsini əhatə edən Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunda tikinti işləri davam edir.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Yolun 2,3 kilometr hissəsində asfalt-beton örtüyü salınıb. Digər hissələrdə torpaq işləri və yol əsasının tikintisi aparılır. 9 nöqtədə suötürücü borular quraşdırılır.

Bildirilib ki, layihənin tamamlanması ilə sakinlərin gediş-gəlişi rahatlaşacaq, nəqliyyat əlaqələri və hərəkət təhlükəsizliyi yaxşılaşacaq.