10 oktyabr 2026 09:25
113

Panamaya 250 min dollar əvəzsiz yardım

Latın Amerikası və Karib Hövzəsi İnkişaf Bankı (CAF) oktyabrın 9-da baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Panamaya 250 min dollar həcmində əvəzsiz yardım ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə bankın "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"CAF zəlzələnin səbəb olduğu fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üçün Panamaya 250 min dollar həcmində əvəzsiz yardım ayırıb", - deyə məlumatda qeyd olunub.

Bundan əlavə, bank təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədilə Panamaya 50 milyon dollaradək kredit xəttindən istifadə imkanı yaradıb.

Bildirilib ki, vəsaitlər Panama hakimiyyətinin müəyyən etdiyi ilkin ehtiyacların qarşılanmasına yönəldilə bilər.