Bu il Prezident təqaüdünə layiq görülən 102 tələbədən 35-i SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) təhsil alır.
“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf sosial şəbəkə hesabında paylaşım edib.
Rövşən Nəcəf bildirib ki, Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə yeddinci dəfədir ölkə üzrə lider mövqeyini qoruyur.
Onun sözlərinə görə, bu nəticə istedadlı gənclərin Bakı Ali Neft Məktəbinə etimadının və burada yaradılmış yüksəkkeyfiyyətli təhsil mühitinin göstəricisidir.
SOCAR prezidentinin qeyd edib ki, əsas məqsəd gənclərin potensialını üzə çıxarmaq, onların bilik və bacarıqlarını inkişaf etdirmək, gələcəyin peşəkarları kimi formalaşmalarına dəstək olmaqdır.
Rövşən Nəcəf Prezident təqaüdünə layiq görülən bütün tələbələri təbrik edib, onlara təhsillərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.