Alyona Əliyeva özünün “Instagram” səhifəsində Bakıda keçirilən I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından görüntülər paylaşıb.
“İki sahil” xəbər verir ki, paylaşımda qeyd edilib:
"I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından görüntülər".
Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən tanınmış ekspertləri, dövlət qurumlarını, beynəlxalq təşkilatları, özəl sektorun nümayəndələrini, akademik dairələri və vətəndaş cəmiyyəti institutlarını bir araya gətirən I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı autizmli və digər əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasının gücləndirilməsi istiqamətində Azərbaycanın ən genişmiqyaslı beynəlxalq platformalarından birinə çevrilib.
Konfransın əsas məqsədi inklüziv məşğulluq sahəsində beynəlxalq təcrübənin Azərbaycanda tətbiqini təşviq etmək, dövlət və özəl sektor arasında əməkdaşlığı genişləndirmək, işəgötürənləri əlçatan və inklüziv iş mühitinin yaradılması istiqamətində maarifləndirmək, həmçinin autizmli və digər əlilliyi olan şəxslərin davamlı məşğulluq imkanlarının artırılmasına töhfə verməkdir.
Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib
COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
BDU tələbələri ilə zərərli xarici təsirlər və informasiya təhdidləri müzakirə olunub