21 oktyabr 2026 13:28
141

Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə” - VİDEO

Xalq artisti Tünzalə Ağayeva 50 illik yubileyini xüsusi bir musiqi hədiyyəsi ilə qeyd edib. 

“İki sahil” xəbər verir ki, pop ulduz əlamətdar yaş günündə özünə yeni mahnı ərməğan edərək bu tarixi yaradıcılığında daha bir özəl səhifəyə çevirib.

“100 dəfə 1000 dəfə” adlanan mahnının musiqisi sənətkarın özünə sözləri isə Cavid Şahbazbəyova məxsusdur. Aranjıman, miks və masterinq Emin Kərimə aiddir. Sənətçi yeni layihəsi üçün kamera qarşısına da keçib. Fotonun müəllifi Anfisa Bessonovadır. Koveri Rafiq Hacıyev edib. Layihənin direktoru isə Yalçın Cabbarovdur.

Qeyd edək ki, yeni musiqili layihə artıq bütün musiqi platformalarında yayımlanıb.