Azərbaycan Respublikası Auditorlar Palatasında Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş tədbir keçirilib
23 oktyabr 2026-cı il tarixində Auditorlar Palatasında Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn vəzifələrin Palatanın əməkdaşları və üzvləri arasında təbliği, siyasi-ideoloji işin gücləndirilməsi və partiyanın fəaliyyət istiqamətlərinin genişləndirilməsi kontekstində tədbir keçirilib.
Tədbirin əsas məqsədi Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirilmiş strateji hədəflərin və qarşıda duran vəzifələrin Auditorlar Palatasının əməkdaşları və üzvləri arasında geniş müzakirəsini təşkil etmək, partiyanın ideoloji xəttinin təbliğini gücləndirmək, dövlətçilik prinsiplərinə, milli maraqlara və siyasi məsuliyyətə əsaslanan fəaliyyət istiqamətlərinin təşviqinə töhfə vermək olub.
Tədbirin açılışında çıxış edən Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov qurultayın siyasi əhəmiyyətinə, onun müəyyən etdiyi prioritetlərin həyata keçirilməsinin vacibliyinə və bu istiqamətdə hər bir partiya üzvünün üzərinə düşən vəzifələrə diqqət çəkib. Qeyd olunub ki, ölkənin ictimai-siyasi həyatında fəal iştirak, milli maraqların qorunması, dövlətçilik ideyalarına sədaqət və cəmiyyətin inkişafına məsuliyyətli yanaşma partiya fəaliyyətinin əsas istiqamətlərindəndir.
YAP Səbail rayon təşkilatının sədr müavini Nicat Hüseynov çıxışında qurultaydan irəli gələn vəzifələrin yerlərdə və kollektivlərdə ardıcıl şəkildə təbliğinin, partiyanın ideoloji fəaliyyətinin gücləndirilməsinin və üzvlərin ictimai-siyasi proseslərdə fəallığının artırılmasının əhəmiyyətini vurğulayıb.
Tədbir çərçivəsində Yeni Azərbaycan Partiyasının VIII Qurultayında partiya rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Auditorlar Palatasının və onun rəhbərliyinin fəaliyyətinə ünvanlanan təşəkkürü əks etdirən video-süjet nümayiş etdirilib. Video-süjet Palatanın fəaliyyətinə verilən siyasi qiymətin və təşkilatın ictimai məsuliyyətinin əhəmiyyətini bir daha diqqətə çatdırıb.
Daha sonra Auditorlar Palatasının üzvləri və əməkdaşları çıxış edərək qurultaydan irəli gələn vəzifələr, ideoloji işin təşkili, partiyanın fəaliyyət istiqamətlərinin genişləndirilməsi və ictimai-siyasi fəallığın artırılması məsələləri ətrafında fikirlərini bölüşüblər.
Vurğulanıb ki, ölkənin dayanıqlı inkişafı, milli həmrəyliyin möhkəmləndirilməsi və dövlətçilik prinsiplərinin qorunması istiqamətində siyasi təşkilatların və onların üzvlərinin fəallığı mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, qurultayda müəyyənləşdirilmiş vəzifələrin mahiyyətinin kollektivlərə çatdırılması, ideoloji işin müasir yanaşmalar əsasında təşkili və partiya üzvlərinin təşəbbüskarlığının artırılması qarşıda duran əsas məsələlərdəndir.
Tədbir çərçivəsində Yeni Azərbaycan Partiyasına üzvlüklə bağlı məsələ də diqqətə çatdırılıb və Palatanın dörd əməkdaşına etimad göstərilərək Partiya sıralarına yeni üzvlüyə qəbul olunublar. Bu istiqamətdə partiyanın ideya və prinsiplərini dəstəkləyən şəxslərin ictimai-siyasi proseslərdə iştirakının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Sonda Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn vəzifələrin ardıcıl şəkildə təbliğinin, siyasi-ideoloji işin sistemli təşkilinin və partiyanın fəaliyyət istiqamətlərinin genişləndirilməsi üzrə tədbirlərin davam etdirilməsinin vacibliyi qeyd olunub.
Keçirilən tədbir Auditorlar Palatasında qurultay qərarlarının və siyasi prioritetlərin müzakirəsinə, ideoloji işin gücləndirilməsinə və partiyanın fəaliyyətində fəal iştirakın təşviqinə xidmət edib.