02 noyabr 2026 00:54
93

“Çelsi” onu hədəfə aldı

“Çelsi” “Bornmut”un yarımmüdafiəçisi Aleks Skottu transfer etməyə hazırlaşır.

“İki sahil” xəbər verir ki, "TEAMtalk" nəşrinin məlumatına görə, London klubu 23 yaşlı futbolçu üçün 100 milyon funt sterlinqdən (təxminən 120 milyon avro) çox məbləğ ödəməyə hazırdır.

Bildirilir ki, Skott hələ gələcəyi ilə bağlı qərarını “Bornmut” rəhbərliyinə açıqlamayıb. Bununla yanaşı, “Çelsi” futbolçuya sərfəli şərtlər təklif edə biləcəyinə inanır.

Qeyd edək ki, Skott bu mövsüm bütün turnirlərdə 6 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.