02 noyabr 2026 22:03
130

Türkiyədə 5,1 maqnitudalı zəlzələ baş verib

Türkiyədə 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 19:49-da (Bakı vaxtı ilə 20:49-da) baş verib. Zəlzələnin İstanbul da daxil olmaqla, bir sıra iri şəhərlərdə hiss olunduğu bildirilir.

Məlumata görə, zəlzələnin episentri Aralıq dənizində, Muğla vilayətinin Datça rayonundan 253,19 kilometr məsafədə yerləşib.

Zəlzələnin ocağı 9,07 kilometr dərinlikdə qeydə alınıb.