Azərbaycanın yeni İnsan hüquqları üzrə müvəkkili (ombudsmanı) bu gün seçiləcək.
“İki sahil”in məlumatına görə, Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bununla bağlı məsələ parlamentin bugünkü plenar iclasının gündəliyinə daxil edilib.
Belə ki, plenar iclasda Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında məsələyə baxılacaq.
Qeyd edək ki, bu vəzifəyə üç namizədin adı təqdim edilib. Onlar Səbinə Əliyeva, Elşanə Vəliyeva və Ceyhun Qaracayevdir.
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib