10 noyabr 2026 13:46
51

Əbu-Dabidə müzakirə olunan təkliflərin bəzi təfərrüatları aydın olub

Əbu-Dabidə müzakirə olunan təkliflərin bəzi təfərrüatları aydın olub.

“İki sahil” “The Economist”ə istinadla xəbər verir ki, ABŞ Ukraynanın regionlarının sərhədlərinin yenidən çəkilməsi təklifini irəli sürüb. Amerikalı nümayəndələr Rusiyanın Donetsk və Luqansk vilayətlərinə tam nəzarəti ələ keçirə bilməsi üçün Ukraynanın inzibati sərhədlərinin yenidən çəkilməsi təklifini irəli sürüblər. Eyni zamanda, Ukrayna hazırda nəzarət etdiyi şəhərlər üzərində nəzarəti saxlayacaq, yəni Slavyansk və Kramatorsk Kiyevin nəzarəti altında qalacaq. Bu, Vaşinqtonun Kremli sülh müqaviləsini qəbul etməyə inandırmaq üçün istifadə etdiyi fikirlərdən biridir. Digər təkliflərə Rusiyanın Avropa enerji bazarına qayıtması daxildir. Lakin Ukrayna və avropalılar buna qarşı çıxırlar.

Qeyd edək ki, təxminin 10 aylıq fasilədən sonra bu gün Əbu-Dabidə ABŞ, Ukrayna və Rusiya üçtərəfli danışıqları bərpa edilib.