Bərdə rayonunda 40 yaşlı kişinin meyiti aşkarlanıb.
“İki sahil” xəbər verir ki, Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə aşkar edilib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.