“Santos”un hücumçusu Neymar futbolçu karyerasını 2030-cu ildə başa vurmağı planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.
Bildirilir ki, 34 yaşlı braziliyalı futbolçu karyerasını bitirdikdən sonra Jerar Pike tərəfindən yaradılan “Kings League” media futbol liqasında çıxış etmək istədiyini və bunu 2030-cu il üçün planlaşdırdığını vurğulayıb.
Qeyd edək ki, Neymar bu il bütün turnirlərdə 27 oyun keçirib, 10 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun “Santos”la müqaviləsi 2026-cı ilin dekabrında başa çatır.
İraq İran yığmasının olduğu təyyarənin Bəsrə aeroportuna enməsinə icazə verməyib
Marneulidə Zəfər Gününə həsr olunmuş kəndlərarası futbol üzrə dostluq görüşü keçirilib