Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin kadr potensialının gücləndirilməsi, yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik mütəxəssislərlə komplektləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə Mərkəzin Müsabiqə Komissiyası tərəfindən müxtəlif ixtisasları əhatə edən vakant vəzifələr üzrə növbəti açıq müsabiqə elan olunub. Müsabiqə həm Bakı şəhərindəki struktur bölmələri, həm də Gəncə, Şəki, Şirvan və Sumqayıt regional şöbələri üzrə vakansiyaları əhatə edir.
Müsabiqəyə çıxarılan vakant vəzifələr və ixtisas tələbləri:
1. Elmi-metodiki iş və təlim idarəsində məsləhətçi vəzifəsi
Tələb olunan ixtisaslar: filologiya, biologiya, kimya və biologiya müəllimliyi, kompüter elmləri.
2. Keyfiyyət təminatı idarəsində məsləhətçi vəzifəsi
Tələb olunan ixtisaslar: kompüter elmləri, biologiya, fizika, kimya.
3. Əlyazmalar və sənədlərin ekspertizaları şöbəsində ekspert vəzifəsi
Tələb olunan ixtisaslar: filologiya, fizika.
4. Səs, görüntü və rəqəmsal ekspertizalar şöbəsində ekspert vəzifəsi
Tələb olunan ixtisaslar: Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, dil və ədəbiyyat müəllimliyi, filologiya, tərcümə, kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, proqram təminatı mühəndisliyi.
5. Fiziki-kimyəvi və bioloji ekspertizalar şöbəsində ekspert vəzifəsi
Tələb olunan ixtisas: kimya.
6. Yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsində ekspert vəzifəsi
Tələb olunan ixtisaslar: nəqliyyat mühəndisliyi, yol hərəkətinin təşkili.
7. İqtisad ekspertizaları şöbəsində ekspert vəzifəsi
Tələb olunan ixtisaslar: iqtisadiyyat, maliyyə, mühasibat.
8. Texniki təhlükəsizlik ekspertizası şöbəsində ekspert vəzifəsi
Tələb olunan ixtisaslar: energetika mühəndisliyi, maşın mühəndisliyi, mexanika mühəndisliyi, neft-qaz mühəndisliyi.
9. Psixoloji ekspertiza şöbəsində ekspert vəzifəsi
Tələb olunan ixtisaslar: psixologiya, təhsildə sosial-psixoloji xidmət.
10. Maliyyə və təminat şöbəsində məsləhətçi vəzifəsi
Tələb olunan ixtisas: informasiya təhlükəsizliyi.
Regional şöbələr üzrə vakansiyalar:
11. Gəncə regional şöbəsində ekspert vəzifəsi
Tələb olunan ixtisaslar: inşaat mühəndisliyi, şəhərsalma, memarlıq.
12. Şəki regional şöbəsində ekspert vəzifəsi
Tələb olunan ixtisaslar: inşaat mühəndisliyi, şəhərsalma, memarlıq.
13. Şirvan regional şöbəsində ekspert vəzifəsi
Tələb olunan ixtisaslar: inşaat mühəndisliyi, şəhərsalma, memarlıq, biologiya.
14. Sumqayıt regional şöbəsində ekspert vəzifəsi
Tələb olunan ixtisaslar: inşaat mühəndisliyi, şəhərsalma, memarlıq, kimya.
Müsabiqədə göstərilən ixtisaslar üzrə vəzifələrdə işləmək arzusunda olan, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun tələblərinə cavab verən, ali təhsilli, zəruri nəzəri və peşə hazırlığına malik Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müraciət müddəti və sənədlərin təqdim olunması
Namizədlər 2026-cı il noyabrın 16-dan dekabrın 16-sı saat 18:00-dək, iş günləri və iş saatları ərzində müəyyən olunmuş ərizə formasını və digər zəruri sənədləri aşağıdakı ünvanlara təqdim etməlidirlər:
Məhkəmə Ekspertizası Mərkəzinin inzibati binası: Bakı şəhəri, Xaqani küçəsi 24. Əlaqə telefonu: (012) 498-09-71.
Gəncə regional şöbəsi: Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi 11. Əlaqə telefonu: (+99455) 656-28-12.
Şəki regional şöbəsi: Şəki şəhəri, Salman Mümtaz küçəsi 316. Əlaqə telefonu: (+99470) 297-18-11.
Şirvan regional şöbəsi: Şirvan şəhəri, 20 Yanvar küçəsi 16. Əlaqə telefonları: (02121) 5-55-91, (+994993) 66-19-93.
Sumqayıt regional şöbəsi: Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 29-cu məhəllə, 7/22. Əlaqə telefonu: (+99451) 695-13-01.
Müraciət üçün müəyyən olunmuş ərizə forması ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür.
Müsahibədə iştirak üçün qanunvericiliyə əsasən tələb olunan sənədlərin siyahısı və imtahana hazırlıqla bağlı ətraflı məlumat isə “Yaddaş kitabçası”nda əksini tapıb. Həmin sənəd Məhkəmə Ekspertizası Mərkəzinə və onun regional şöbələrinə müraciət edən şəxslərə də təqdim olunacaq.
Müsabiqə ilə bağlı əlavə məlumat almaq istəyən namizədlər yuxarıda göstərilən əlaqə nömrələri vasitəsilə Mərkəzin müvafiq struktur bölmələrinə müraciət edə bilərlər.