12 noyabr 2026 02:02
59

"Ordu" CEV Çelenc Kubokunda ilk oyununda qələbə qazanıb

Kişi voleybolçulardan ibarət "Ordu" komandası CEV Çelenc Kubokunda bu gün ilk oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi 1/32 finalda Norveçin "Forde VBK" kollektivinin qonağı olub.

Qarşılaşma Azərbaycan təmsilçisinin 3:0 (25:11, 25:17, 25:19) hesablı qələbəsi ilə bitib.

Tərəflər arasındakı cavab görüşü noyabrın 19-da, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.