12 noyabr 2026 10:15
68

Kişi voleybolçulardan ibarət “Xilasedici” komandası CEV Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa çıxıb

Təmsilçimizin Portuqaliyada yerli “Sportinq” klubunu ilə gərgin keçən qarşılaşması “Xilasedici”nin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bakıda keçirilmiş ilk oyunda rəqib eyni hesabla qalib gəldiyindən mərhələnin taleyi qızıl setdə həll olunub.

Həlledici setdə də inamlı oyun nümayiş etdirən “Xilasedici” 15:13 hesabı ilə qalib gələrək CEV Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib.