ABŞ-nin müdafiə naziri Pit Heqset Konqresdə ona qarşı impiçment prosedurunun başladılması cəhdinin uğursuzluğa düçar olması fonunda son altı ayda ilk mətbuat konfransını keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Pentaqon rəhbəri bəyan edib ki, nüvə obyektlərində qanunsuz fəaliyyətə dair məlumatlar təsdiqlənərsə, ABŞ İrana qarşı yenidən güc tətbiq etməyə hazırdır. Nazirin sözlərinə görə, Vaşinqton artıq İranın nüvə sənayesinin 80 faizindən çoxunu məhv edib. Bununla belə, o, amerikalı hərbçilər arasında Vyetnam və ya Koreyadakı kimi kütləvi itkilərə səbəb olacaq genişmiqyaslı döyüş əməliyyatlarına başlamaq niyyətində olmadıqlarını vurğulayıb (Pentaqonun məlumatına əsasən, İranla müharibədə 15 ABŞ hərbçisi həlak olub, 417 nəfər yaralanıb).
Heqset həmçinin qeyd edib ki, Vaşinqton İkinci Dünya müharibəsindən bəri milli təhlükəsizlik strategiyasına ən miqyaslı yenidən baxışı həyata keçirir və bunu SSRİ-nin dağılmasından daha əhəmiyyətli dönüş adlandırıb. O, kosmosu da ABŞ Silahlı Qüvvələrinin üstünlük təmin etməli olduğu əsas döyüş sahələrindən biri kimi qiymətləndirib.
Xatırladaq ki, noyabrın 9-da respublikaçı konqresmen Tomas Messi İrana qarşı Konqresin razılığı olmadan müharibəyə başlamaq əmrlərini icra etdiyi üçün Heqsetin impiçmenti barədə qətnamə təqdim etmişdi. Lakin Nümayəndələr Palatası sənədi rədd edib (211 səs lehinə, 204 səs əleyhinə). Hər iki palataya respublikaçıların nəzarət etməsi səbəbindən ilin sonuna qədər bu təşəbbüsün reallaşmaq şansı yoxdur, lakin yanvarın 3-də fəaliyyətə başlayacaq yeni çağırışda demokratların üstünlük qazanacağı gözlənilir.
Qırğızıstanda bir qrup siyasətçi millətlərarası münaqişə yaratmaq istəyir - Sadır Japarov xalqa müraciət edib
BƏƏ Prezidenti Ukrayna üzrə danışıqların yekunlarına dair Kuşner və Uitkoffu qəbul edib