ESPN idman nəşri dünyanın ən yaxşı futbolçularının reytinqini tərtib edib.
“İki sahil” xəbər verir ki, siyahının ilk pilləsində “Barselona”nın hücumçusu Lamin Yamal qərarlaşıb.
Reytinqin müəllifi Rayan O’Hənlon futbolçuları Çempionlar Liqasının 1/8 final səviyyəsində olan orta statistik komandanın heyətinə həmin oyunçunun əlavə edilməsi ilə turnirin qalibi olmaq şansının nə dərəcədə artacağını əsas götürərək qiymətləndirib. Zədəli futbolçular isə siyahıya daxil edilməyib.
İkinci yeri “Real”ın yarımmüdafiəçisi Cud Bellingem tutub. İlk üçlüyü “Bavariya”nın futbolçusu Maykl Olise tamamlayıb.
İlk beşlikdə həmçinin “Barselona”dan Rafinya və “Bavariya”dan Harri Keyn yer alıb. “Real”ın hücumçusu Kilian Mbappe 6-cı, “Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays 7-ci, “Mançester Siti”nin hücumçusu Erlinq Haaland isə 8-ci olub.
ESPN-in versiyasına əsasən, dünyanın ən yaxşı 10 futbolçusu:
1. Lamin Yamal (“Barselona”)
2. Cud Bellingem (“Real”)
3. Maykl Olise (“Bavariya”)
4 Rafinya (“Barselona”)
5. Harri Keyn (“Bavariya”)
6. Kilian Mbappe (“Real”)
7. Deklan Rays (“Arsenal”)
8. Erlinq Haaland (“Mançester Siti”)
9. Pedri (“Barselona”)
10. Vitinya (PSJ)