Ukrayna ilin sonunadək Danimarkadan 645 milyon avro dəyərində hərbi yardım alacaq.
“İki sahil” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib.
Onun sözlərinə görə, paketə müxtəlif yardım növləri, o cümlədən reaktiv "Şahed" dronlarını vurmaq üçün F-16 qırıcılarına nəzərdə tutulan 20 mm-lik sursat, dron istehsalına ayrılan təxminən 200 milyon avro və birgə istehsal üçün vəsait daxildir. Bundan başqa, Xerson vilayəti üçün ayrıca enerji dəstəyi paketi də nəzərdə tutulub.
V.Zelenski həmçinin Ukraynanın ehtiyac duyduğu F-16 qırıcıları üçün böyük həcmdə sursat tədarükünün müzakirə olunduğunu deyib:
"Söhbət altı ay üçün nəzərdə tutulan 800 min ədəd sursatdan gedir. Danimarkada keçirilən görüş zamanı tərəflər bu məsələnin həlli ilə bağlı razılığa gəlmişik".
Ukrayna Prezidenti əlavə edib ki, "Ramştayn" formatında keçiriləcək növbəti görüşə hazırlaşır:
"Əsas müzakirə mövzuları Ukraynaya verilən F-16 qırıcılarının sayının artırılması və hava hücumundan müdafiə sisteminin gücləndirilməsi olacaq".
V.Zelenski eyni zamanda ölkəsinin peyk sistemi ilə bağlı da Avropa ölkələri ilə razılaşmaların əldə olunduğunu vurğulayıb.
Zelenski: Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq