14 noyabr 2026 20:02
88

Qara dənizdə yük gəmisinə PUA hücumu olub

Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb.

Onun məlumatına görə, hadisə noyabrın 14-nə keçən gecə Transilvaniyada, Sfıntu-Qeorqe yaşayış məntəqəsindən 6,8 dəniz mili (12,59 km) məsafəsində baş verib. Zərbə nəticəsində quru yük gəmisinin yük kranı zədələnib. Yanğın baş verməyib, xəsarət alan yoxdur.

Rumıniyanın müdafiə naziri Ştefan-Radu Oprea hakimiyyət orqanlarının hadisədən xəbərdar olduğunu təsdiqləyib. Bununla yanaşı, o qeyd edib ki, yoxlamaların davam etməsi ilə əlaqədar olaraq təfərrüatlar hələ ki açıqlanmır.