15 noyabr 2026 19:39
200

Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb

Azərbaycanın qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunun III mərhələsində növbəti oyununu keçirib.

“İki sahil” xəbər verir ki, Mingəçevir təmsilçisi Şimali Makedoniyanın “Çair” kollektivi ilə cavab qarşılaşmasında üz-üzə gəlib. “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən görüşdə meydan sahibləri rəqibə 21:32 hesabı ilə məğlub olublar. Komandalar arasında noyabrın 13-də keçirilən ilk qarşılaşma da Şimali Makedoniya təmsilçisinin 27:24 hesablı qələbəsi ilə başa çatmışdı.

Bununla da “Kür” Avropa Kubokunda mübarizəni dayandırıb.