19 yanvar 2017 22:16
538

Ötən il dalbadal üçüncü dəfə ən isti il olub

NASA kosmik agentliyinin məlumatına görə, 2016-cı il bütün meteomüşahidələr tarixi ərzində ən isti il olub.

AZƏRTAC xəbər verir ki, alimlər ötən il torpağın və okeanın orta temperaturunun XX əsrin orta temperaturlarından 0,94 dərəcə, 2015-ci ilinkindən isə təqribən 0,1 dərəcə yüksək olduğunu bildiriblər.

NASA-dan bildiriblər ki, 2016-cı il dalbadal üçüncü dəfə ən isti il olub. Alimlərin fikrincə, buna parnik qazları və El-Ninyo səbəb olub.