20 noyabr 2026 17:08
82

Fuad Həsənov Rusiyada beynəlxalq turnirin bürünc medalını qazandı

 

Azərbaycan ağırlıqqaldıranı Fuad Həsənov Rusiyada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Açıq Kuboku turnirində bürünc medal qazanıb.

70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız birdən qaldırma hərəkətində 130 kiloqram, təkanla qaldırmada isə 160 kiloqram ağırlığın öhdəsindən gəlib. İki hərəkətin cəmində 290 kiloqram nəticə göstərən Fuad Həsənov yarışı üçüncü pillədə başa vurub.

İdmançımızı qazandığı uğur münasibətilə təbrik edir, gələcək yarışlarda yeni qələbələr arzulayırıq!