İranın müdaxiləsi və İsrail işğalı Livanın tam müstəqilliyinin bərqərar olması yolunda iki maneədir.
“İki sahil” "Al Arabiya"ya istinadən xəbər verir ki, bu barədə Livan Prezidenti Cozef Aun ölkənin müstəqilliyinin 83-cü ildönümü münasibətilə həmvətənlərinə müraciətində bildirib.
O bildirib ki, İran rəhbərliyindəki nüfuzlu fiqurlar Livanın işlərinə müdaxilə edirlər və Tehranı xəbərdar edib ki, iki ölkə arasındakı dostluq ona Beyrutda qərarların qəbulu prosesinə təsir göstərmək hüququ vermir.
Aunun sözlərinə görə, hökumətin nəzarətindən kənarda fəaliyyət göstərən silahlı qruplaşmalar Livanı tükəndirib və açıq şəkildə xarici maraqlara xidmət edir. Fikrini davam etdirərək o əlavə edib ki, İsrail bundan Livan ərazisindəki hərbi mövcudluğunu qoruyub saxlamaq üçün istifadə edir.
Livan Prezidenti İsraili öz qoşunlarını Livanın işğal olunmuş bölgələrindən çıxarmağa çağırıb: "Təcavüzünüzü dayandırın, Livan torpağını tərk edin, şəhərlərin işğalı və dağıdılması təhlükəsizliyinizi möhkəmləndirməyəcək. Yalnız qoşunların tam çıxarılması davamlı və ədalətli sülhə, beynəlxalq səviyyədə tanınmış sərhəddə sabitliyə yol açacaq".
Eyni zamanda, Aun vurğulayıb ki, Beyrut regiondakı münaqişənin diplomatik yolla həllinə sadiq qalır.
Pakistanın təhlükəsizlik qüvvələri Bəlucistanda əməliyyatlar zamanı 15 yaraqlını məhv edib
Çinin “MiniMax” süni intellekt şirkətinin təsisçisi sərvətinin 90 faizindən çoxunu itirib
Bu gün Fransada keçirilən etiraz aksiyalarında 80 mindən çox insan iştirak edib