22 noyabr 2026 16:38
121

İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib

İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib.

“İki sahil” "Haber Global"a istinadən xəbər verir ki, hadisə şəhərin Pendik rayonunda qeydə alınıb.

Məlumata görə, 9 mərtəbəli binanın sakinləri təbii qazdan zəhərləniblər. Zərəçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları, təcili yardım, qaz idarəsinin işçiləri cəlb olunub.

Digər sakinləri təxliyə edilən bina giriş-çıxış üçün bağlanıb.