22 noyabr 2026 16:23
109

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Misli Premyer Liqasının 12-ci turunda “Araz-Naxçıvan” “Neftçi”ni qəbul edib.

“İki sahil”in məlumatına görə, Şamaxıda baş tutan qarşılaşmanın 19-cu dəqiqəsində Qustavo Klisman hesabı açıb. 70-ci dəqiqədə Draqolyub Saviç qonaqların üstünlüyünü iki qola yüksəldib. 74-cü dəqiqədə Qustavo Klisman özünün ikinci, komandasının üçüncü qolunu vurub. 82-ci dəqiqədə isə “Neftçi”nin futbolçusu Rüfət Abbasov topu öz qapısından keçirərək avtoqola imza atıb – 1-3.

Qarşılaşma bu hesabla da başa çatıb.

Misli Premyer Liqası,

12-ci tur

22 noyabr (bazar)

14:30. “Araz-Naxçıvan” 1-3 “Neftçi”

Qollar: Qustavo Klisman, 19 (0:1), Draqolyub Saviç, 70 (0:2), Qustavo Klisman, 74 (0:3), Rüfət Abbasov, 82-avtoqol (1:3)

Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Əliyar Ağayev, Fərid Hacıyev (VAR), Vüsal Məmmədov (AVAR)

Şamaxı şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”