22 noyabr 2026 23:23
136

Xaçmaz-Quba yolunda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb

Noyabrın 22-də gecə saatlarında Xaçmaz-Quba avtomobil yolunun Xaçmaz rayonunun Armudpadar kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“QAZ-3110” və “VAZ-21099” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-21099”da olan sürücü və altı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Məlumata görə, xəsarət alanlar Xaçmaz rayonunun Əbilyataq kənd sakinləri, bir ailənin üzvləri – ata, ana və onların dörd qız övladıdır. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Azyaşlılardan birinin vəziyyəti ağır qiymətləndirilir. Hazırda həkimlər onun həyatını xilas etmək üçün zəruri tibbi tədbirləri davam etdirirlər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

AZƏRTAC